Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsimi rayonunda Şəhid ailələri, Vətən müharibəsi və I Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib

Nəsimi rayonunda Şəhid ailələri, Vətən müharibəsi və I Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib


YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Günü münasibətilə Nəsimi rayon Şəhid ailələri, Vətən müharibəsi və I Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib.

Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, grüşdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının məsul əməkdaşları, Şəhid ailələri, Vətən Müharibəsi və I Qarabağ müharibəsi qaziləri iştirak edib.

Görüşdə öncə Ümummilli lider Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazdı. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir.

Daha sonra Vətən müharibəsi Şəhidi Hüseynzadə Həmidağanın atası Bağı Hüseynzadə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.



Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş