Qazaxıstanın “Aport” almasının dünya bazarlarına çıxarılması məqsədilə proqram hazırlanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, proqram artıq hökumətə təqdim edilib.
2024-2028-ci illər üçün proqram Kənd Təsərrüfatı Nazirliyi və Milli Kənd Təsərrüfatı Tədqiqatları və Təhsili Mərkəzi (NACTO) tərəfindən hazırlanıb.
Proqramın dörd ilinə alma bağlarının tam miqyaslı kommersiya istehsalına başlamaq üçün kifayət qədər ting yetişdirilməsi daxildir.
Birinci mərhələdə 2024-cü ildə “Sivers” almasının toxumları toplanacaq və Qazaxıstan “Aport”unun becərilməsi üçün milli standartların layihələri hazırlanacaq.
Mehman Mehdiyev