"Türkiyə Qırğızıstan üçün qardaş və strateji tərəfdaş ölkədir".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qırğızıstan prezidenti Sadir Caparov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndə deyib.
Qırğızıstanın paytaxtı Bişkekdə rəsmi təmaslar keçirən Prezident Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Təşkilatının Altıncı Toplantısında Caparov türk şirkətlərini enerji sektoruna sərmayə qoymağa dəvət edib.
Çaparov türk şirkətlərindən ölkədə kiçik və orta ölçülü Su Elektrik Stansiyalarının (SES) quraşdırılmasında iştirak imkanlarını nəzərdən keçirməyi xahiş edib.
Mehman Mehdiyev