"Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" mövzusunda təqdimat müsabiqəsinin şəhər (final) mərhələsi keçirilir.
Newscenter.az [/b]xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən müsabiqənin şəhər mərhələsində müəllimlər seçdikləri mövzunu Münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.
Təqdimatların qiymətləndirilməsi zamanı əsas meyarlar kimi mövzunun aktuallığı, orijinallığı, nəzəri və praktik uyğunluğu, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzunun müsabiqəyə uyğunluğu, nəticə və təkliflər, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə nəzərə alınır. Hər bir meyar 5 ballıq şkala üzrə qiymətləndirilir.
Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) qalib olacaq. Müsabiqədə fərqlənən müəllimlər Təşəkkürnamə ilə təltif ediləcəklər.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin müvafiq rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.
[b]Ruhiyyə Mehdiyeva