Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici tədbir keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində maarifləndirici tədbir keçirilib


Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Newscenter.az Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, “Təbii qidanın insan sağlamlığına təsiri” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Musiqi Kollecinin əməkdaşı Ülkər Seyidova açıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova bildirib ki, insan sağlamlığına mənfi təsir edən qidalar orqanizmdə xəstəliklərin yaranmasına səbəb olur. İnsan bu xəstəliklərdən qorunmaq üçün təbiəti qorumalı, ətrafı təmiz saxlamalıdır. İnsanların ekoloji düşüncəyə, tibbi biliklərə və sağlam həyat tərzinə malik olması ehtimal olunan faciələrin qarşısının alınmasında vacib şərtlərdəndir.

68 nəfərin yararlandığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzuda hazırlanmış broşürlər paylanılıb.

Süleyman
Xəbəri paylaş