Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib

Deputat Günay Ağamalı televiziya və radio işçilərini təbrik edib


Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Milli Televiziya və Radio işçilərini təbrik edib.

Newscenter.az-ın xəbərinə görə, millət vəkilinin təbrik mesajında qeyd edilr ki, Azərbaycan Radiosu Şərqdə ilk radio olaraq 06 Noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanaraq xalqımızın milli şüurunda dərin izlər buraxıb:

"Sizlər, ilk zamanlar olduğu kimi bu gün də eyni rasional yanaşma ilə dövlətinimizin informasiya siyasətində əhəmiyyətli işlərə imza ataraq, yüksək səviyyəli fəaliyyətinizlə mədəniyyətimizin inkişafına və cəmiyyətin maariflənməsinə misilsiz töhfələr verirsiz".

Günay Ağamalı qeyd edib ki, 44 günlük Vətən Müharibəsi zamanı hər birimiz sizlərin yüksək intellektual bacarığınızı qürurla izləyərək düşmən üzərində informasiya müstəvisində necə əzmkarlıqla qələbə qazandığınızın şahidi olduq:

"Məhz sizin peşəkarlığınız, yaradıcılığınız və fədakarlığınız sayəsində insanlar doğru və obyektiv məlumat əldə edirlər".

Millət vəkili, "Əziz Milli Televiziya və Radio əməkdaşları hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər diləyirəm!",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş