"Son dərəcə gərgin keçən seçki kampaniyası, ABŞ-ın prezident seçkiləri tarixinə, pisi ilə,yaxşısı ilə daha bir tarix yazıldı və dünən, noyabrın 5-də keçmiş prezident, respublikaçı Donald Tramp və vitse-prezident Demokratlar partiyasının namizədi Kamala Harris arasında amerikalılar öz seçimlərini etdilər. İlkin məlumatlara görə Respublikaçılar partiyasının namizədi Donald Tramp qalib gəlib və artıq onu təbrik edənlər belə var. Trampın yenidən prezident postuna seçilməsi ilk növbədə ABŞ vətəndaşlarının seçimi olaraq qəbul edilməlidir".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib. O deyib ki, ABŞ vətəndaşlarının bu seçkilərdə demokratlara səs verməməsinin səbəbləri çoxdur və demokratların Yaxın Şərqdə, Ukrayna cəbhəsində apardığı siyasət başdan ayağa səhvlərlə doludur:
"Bu və digər səbəblərdən son vaxtlar ABŞ dünyada öz nüfuzunu itirməkdə davam edir və ABŞ-a qarşı məhz demokratların yarıtmaz siyasəti nəticəsində inam və etimad azalmaqdadır. Trampın Rusiya və Türkiyə ilə münasibətlərə yenidən baxacağı ehtimalı var və inanıram ki, yeni münasibətlərin qurulması üçün yeni seçilmiş Tramp adminstrasiyası vacib addımlar atacaq".
Ekpert deyib ki, bu həmçinin ABŞ üçün vacibdir və həmçinin dünyanın, yeni seçilmiş ABŞ prezidentindən gözləntiləri var:
"Bu səbəbdən bütün suallara cavabların olacağı, düşüncəsindəyəm. Bura Cənubi Qafqazla bağlı məsələlər də daxildir. Sözsüz ki, zaman, gələcək öz sözünü deyəcək. Mövcud durum və reallıq bütün dönəmlərdə əsas amillərdən biri olub. Hazırda mövcud durumda olan məsələlər Azərbaycanın xeyrinədir və ABŞ, Cənubi Qafqazla bağlı siyasətini məhz bunun üzərinə quracağına inanıram".
Anar Əliyev