Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gəlib.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını qarşılayıb.