Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT-nın Azərbaycanın yanında olması əsl qardaşlıq dəstəyidir

TDT-nın Azərbaycanın yanında olması əsl qardaşlıq dəstəyidir


"Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində etdiyi çıxışında Türk Dövlətləri Təşkilatının (TDT) bizim üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulamış və hamıya açıq mətnlə bəyan etmişdi ki, Türk dünyası bizim ümumi ailəmizdir, bizim başqa ailəmiz yoxdur, biz burada özümüzü yaxşı hiss edirik. Beləliklə, dövlətimizin başçısı Türk dünyası ilə sıx inteqrasiyanın bizim üçün əsas prioritet olduğunu elan etmişdi. Azərbaycan bu prioritetin həyata keçirilməsi istiqamətində inamla hərəkət edir və Türk dünyasının güclənməsinə davamlı töhfələr verməklə onun birliyinin daha da möhkəmlənməsinə səy göstərir".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Prezident İlham Əliyev bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nın Dövlət Başçıları Şurasının 11-ci toplantısında çıxışı zamanı da Azərbaycanın Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bəyan etdi:

"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında həm ikitərəfli əlaqələr müstəvisində, həm də kollektiv surətdə yaxın dostluq və qardaşlıq əlaqələrinin mövcud olması bu təşkilatın inkişafına təkan verən əsas amillərdən biridir. Münasibətlərimiz həm dostluq və qardaşlıq, həm də qarşılıqlı dəstək və faydalılıq prinsiplərinə əsaslanır. Azərbaycan da öz növbəsində TDT-na üzv olan ölkələrin hər biri ilə qardaşlıq münasibətləri üzərində sıx əməkdaşlıq qurmağa davam edir. Prezident İlham Əliyevin türk dövlətləri ilə əlaqələrin ən yüksək formada inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylər TDT-nın üzvü olan ölkələrin rəhbərləri tərəfindən təqdirlə qarşılanır.

Dövlətimizin başçısı Bişkək Zirvə görüşündəki çıxışında həmçinin bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümünün tamam olduğunu iştirakçıların diqqətinə çatdırıb və TDT-nın bu dövr ərzində uğurlu inkişaf yolu keçdiyini bildirib. Türk Dövlətləri Təşkilatı liderlərinin 11-ci Zirvə görüşü həm bu birliyin 15-ci ildönümünə, həm də COP29 ərəfəsinə təsadüf edir. Hər iki hadisə bütün Türk dünyası üçün əlamətdar hadisədir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə artıq sayılı günlər qalır".

Komitə sdəri qeyd edib ki, Bişkek sammitindəki çıxışında Azərbaycanın yaxın günlərdə COP29-a ev sahibliyi edəcəyini xatırladan Prezident İlham Əliyev keçən ilin dekabrında 200-ə yaxın ölkənin Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədiyini, bunun beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü olduğunu diqqətə çatdırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin COP29-un işində fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib:

"TDT-nın 11-ci Bişkek Zirvəsinin COP29 ərəfəsində keçirilməsi onu deməyə əsas verir ki, təşkilat üzvləri Azərbaycana sıx dəstək verəcək və Bakının ev sahibliyi etdiyi qlobal iqlim sammitində vahid mövqe nümayiş etdirəcəklər. TDT-nın Azərbaycanın yanında olması əsl qardaşlıq dəstəyidir".

Anar Əliyev
Xəbəri paylaş