Seçki kampaniyasında Tramp "müharibəni bir gündə dayandıra biləcəyini" və "Ukraynaya maliyyə dəstəyini kəsəcəyini" desə də bu proses o qədər də sürətli olmayacaq. Bu arada unutmayın ki, Tramp hələ 3,5 ay sonra yəni 20 yanvar 2024-də rəsmi prezident vəzifəsinə başlayacaq! Üstəlik yeni komandanın sistemə hakim olması texniki baxımdan 2-3 ay çəkir.
Əvvəla, Tramp üçün Ukrayna müharibəsi həm Rusiya, həm Avrupa Birliyi, həm də Ukrayna, hətta Çin ilə münasibət və müzakirələrdə çox ciddi bir kozırdır. Qlobal güc ABŞ-ın prezidenti, çox uğurlu işadamı və çox ağıllı bir şəxs olan Tramp bu cur strateji kozırı ciddi şeylər almadan heç kimə, xüsusilə də tarixi rəqib Rusiyanın prezidenti Putinə tam mənasıyla təslim etməz!!!
İkincisi, Tramp Ukrayna müharibəsi prosesindən hərbi və maliyyə baxımdan mərhələli çəkilə bilər, amma siyasi və diplomatik olaraq bölgədə ciddi fəallıq ortaya qoyacaq. Çünki sürətli çəkilmə ortaya çıxan boşluğu Rusiyanın və hətta Çinin geosiyasi olaraq doldurması deməkdir. Üstəlik AB-nin yalnız buraxılması Trampın seçim şüarı MAGA-ya (Make America Creat Again) zərər verəcək bir proses olar.
Üçüncüsü, Ukrayna geosiyasi mövqeyi, təbii mənbələri, iqtisadi potansiyeli, demoqrafiyası və dahası müharibədəki hərbi müqavimət gücü ilə ABŞ-ın Avrasiya coğrafiyasında gözardı etməyəcəyi çox önəmli bir ölkədir. Tramp Ukraynanı itirərək deyil, qazanılmış müttəfiq ölkə olaraq yanında tutmağa çalışacaq bir kurs ortaya qoyacaq. Amma bunu müharibəni davam etdirərək yox, Ukrayna üçün daha uyğun şərtlərdə sülh əldə etməyə çalışaraq edəcək.
Nazim Cəfərsoy