"Azərbaycan insanı seçki həyəcanına acdır. Müxtəlif ölkədə keçirilən seçkilər ölkəmizdə böyük həyəcanla izlənilir, tərəf tutulur, sevinirlər, pis olurlar. Ancaq ölkəmizdə keçirilən parlament və bələdiyyə seçkilərinə heç bir maraq yoxdu".
Newscenter.az xəbər verir ki. bunu politoloq Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, yeganə seçki prezident seçkisidir ki, insanlar məntəqələrə sevinclə gedərək İlham Əliyevə ürəklə səs verirlər:
"Qarabağda qazandığı möhtəşəm qələbə cənab ali baş komandanın qalibiyyətini həmişəlik edib. O, bundan sonra da girdiyi hər seçkini udacaq. Ancaq parlament və bələdiyyə seçkilərində həyacan yaratmaq lazımdır. Bələdiyyə seçkilərinə qatılmaq istərdim. Ancaq səlahiyyətsiz bələdiyyə institu məni bu seçkidən soyudur. Buna rəğmən ortaya iradə qoyub möhtəşəm kompaniya aparmaq olar. Bələdiyyə seçkilərində iştirak etmək barədə düşünürəm. İştirak etmək qərarına gəlsəm bunu elan edəcəm".
Anar Əliyev