Azərbaycanda mövcud olan problemlərdən biri tıhsil problemidir.
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, müəllimlərin iş yerlərinin yaşadıqları ünvanlardan çox-çox uzaqda olması təhsil prosesinə öz mənfi təsirini göstərir:
"Orta məktəblərdə təxminən 150 min müəllim çalışır. Ancaq onların yerləşdirilməsi məsələsi qüsurludur. Yasamal rayonunda yaşayan müəllim 3 marşrut dəyişərək Kürdaxanıya dərs deməyə gedir. Yaxud mərkəzdə yaşayan müəllim Qaradağda dərs deməyə gedir. Düşünürəm ki, bunu qeruplaşdırmaq olar və bunu etmək nə böyük bir problemdir ki?".
Millət vəkili deyib ki, müəllimin də qayğıları, sosial problemləri var və vaxta qənaət onun üçün vacibdir:
"Gün ərzində 4-5 saatı yola sərf edən müəllim də çalışacaq ki, dərsi tez başa vurub evinə getsin. Heç şübhəsiz ki, bu da təhsil, tədris prosesinə öz mənfi təsirini göstərir".
Süleyman