"Sağ olsunlar ki, banklar şəhid ailələri və qazilərin kreditıərinin bağışlanması istiqamətində addımlar atır, müvafiq qərarlar qəbul edirlər. Ancaq yaxşı olardı ki, banklar digər istiqamətlərdə də addımlar atsınlar"
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Növruzov deyib. Millət vəkili bildirib ki, banklar öz gəlirlərindən aztəminatlı ailələrin təhsil haqlarının qarşılanmasına vəsait ayırsalar yaxşı olar:
"Hesab edirəm ki, belə bir addımın atılması müsbət bir hal olardı. Arzu edirəm ki, banklar bu məsələyə diqqət yetirsinlər".
Süleyman