"Qarşıdan COP29 sammiti gəlir və təxminən 100 min adam tədbirdə iştirak etmək üçün Azərbaycana gələcək. Bildiyim qədər istirahət günü Bakıda yalnız bir bankın valyutadəyişmə məntəqəsi işləyir. Belə çıxır ki, 100 min insan valyuta dəyişmək üçün növbəyə durmaalıdır?"
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Npvruzov deyib. Millət vəkili bildirib ki, banklar bu məsələyə ciddi diqqət yetirməlidir:
"Hər bir valyutadəyişmə məntəqəsinin işləməsi eyni zamanda iş yeri deməkdir. Ən azı 2-3 nəfər orada işləyib özlərinə, ailələrinı çörək pulu aparacaqlar. Banklar nə üçün bunu etmirlər?".
Millət vəkili deyib ki, ayrı-ayrı ölkələrdə istirahət günü banklaar, valyutadəyişmə məntəqələri işləməsə də, lakin onların yaxınlığında xüsusi aparatlar qoyulur və insanlar asanlıqla valyutalarını dəyişə bilirlər.
Süleyman