COP31 konfransı Türkiyədə keçirilə bilər.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
"Türkiyə Aralıq dənizi hövzəsində yerləşdiyi və iqlim dəyişikliyinin təsirindən ən çox təsirlənən bölgələrdən biridir. COP31-in Türkiyədə keçirilməsi çox dəyərli olardı",- deyə nazir bildirib.
COP29-da ən mühüm gündəmin “maliyyə” olduğunu bildirən Qurum, 10 günlük iclasda bütün ölkələr üçün maliyyəyə çıxışın asanlaşdırılacağına və inkişaf etməkdə olan ölkələrə daha çox dəstək verilməsi üçün qərarların qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Mehman Mehdiyev