Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanı təhdid edən iqlim dəyişikliyi məsələsini bir daha öz peşəkarlığımızla gündəmə gətirdik

Dünyanı təhdid edən iqlim dəyişikliyi məsələsini bir daha öz peşəkarlığımızla gündəmə gətirdik


"Hazırda dünya səviyyəsində tanınan 193 dövlət mövcuddur və bu dövlətlərin hamısı Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvüdür. Bunlar beynəlxalq aləmdə suveren və tanınan dövlətlər qəbul edilir. Bu gün dünyanın 160-a yaxın ölkəsinin nümayəndələri doğma vətənimiz Azərbaycanda BMT-nin çərçivə sammitində (COP 29) iştirak edir. Biz bu tədbirin təşkilatçısıyıq və artıq ilk gündən etibarən bu yüksək səviyyəli təşkilatçılıqda da bir “Azərbaycan modeli” özünü təsdiq etmiş oldu".

Newscenter.az xəbər verir ki, bunu "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin sədri Ramil Hüseynov deyib. O bildirib ki, artıq Braziliyadan olan nümayəndələr gələn il COP-30 da “Azərbaycan modelindən“ istifadə edəcəklərini bildirirlər:

"Bu günlərdə bütün dünyanın diqqəti bu tədbirdədir. Boykot termini xəstəliyinə tutulan siyasi şəxslər tədbirimizi boykot edə bilmədilər.

Cənab prezidentin çıxışına diqqətlə qulaq asanlar yəqin anladılar ki, daxili boykotçular hardan və nədən qidalanır. İki il riyakarcasına boykot mücadiləsi aparasan, özünü demokratik dəyərlərə söykənən bir ölkə və bu prinsiplərə riayət edən lider sayasan, amma iki üzlü siyasət aparasan.

Dünyada özünə hörmət qoyan ölkələr üçün bəşəriyyətin qarşılaşdığı məsələlər böyük əhəmiyyət kəsb etməlidir. Bu tədbirlərdə, eləcə də müxtəlif səviyyəli görüşlərdə və jurnalistlərə verilən müsahibələrdə, Azərbaycan nümayəndələrinin çıxışlarında bəşəriyyətin əsas problemlərinə diqqət yetirildiyi və onların həlli yollarının axtarıldığı açıq-aşkar görünür".

Mərkəz rəhbəri deyib ki, biz dünyanı təhdid edən iqlim dəyişikliyi məsələsini bir daha öz peşəkarlığımızla gündəmə gətirdik:

"Dəyərli soydaşlar, indi siz bildiz ki, daxili boykotçular kimlərin əmrlərini, sifarişlərini həyata keçirir. Ölkəmizdə hər şey yaxşıdır deyə, belə bir iddia yox, əlbəttə problemlərimiz də var. O sahələrə ən yaxın gələcəkdə mütləq toxunacam. Amma biz bu gün demokrat şinelini geyinib dünyada terroru, riyakarlığı, ədalətsizliyi, imansızlığı, barbarlığı dəstəkləyən ölkələri və şəxsləri görürük.

Bu yaşadığımız tarixə qara ləkədir. Bizim millətimiz həmişə pisi-yaxşıdan, əyrini-düzdən ayıra bilib. Çünki bu xalq müdrik və ağıllı xalqdır. Seçim sizin, ya bizim gələcək taleyimiz övladlarımızın, nəvələrimizin təminatlı gələcəyi, ya da o riyakar və saxta simalarla dolu olan, sonu bilinməyən bir siyasi yoldur. Biz yeni yolu, yeni taktikanı , milli idealogiyanı dəstəkləyib, öz taleyimizin xoşbəxt gələcəyinə dayaq durmalıyıq".

Süleyman
Xəbəri paylaş