Qazaxıstanda “İpək Yolu” adlı yeni dəmir yolu turuna start veriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, “Almatı-Türküstan-Daşkənd-Almatı” marşrutu üzrə ilk reys 2024-cü il noyabrın 16-da həyata keçiriləcək.
Dörd gün ərzində beynəlxalq dəmir yolu turu turistlərə qədim şəhərlərin ab-havasına qərq olmağa və Böyük İpək Yolu ilə səyahət etməyə imkan verir. Marşruta Türküstan və Daşkəndin əsas görməli yerləri daxildir. Turistlərin rahatlığı üçün tur proqramı bələdçi xidmətləri, yeməklər, nəqliyyat xidmətləri və giriş biletlərini təqdim edir.
Mehman Mehdiyev