Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyi artırılacaq

Ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyi artırılacaq


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və SOCAR Green arasında ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma memorandumu imzalanıb.

Newscenter.az xəbər verir ki, Memorandum Agentliyin əməliyyatlarında enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək, texniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarə olunması zamanı enerji səmərəliliyi tədbirlərinin
və bərpa olunan enerji təşəbbüslərinin həyata keçirilməsi, bu məqsədlə yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Süleyman
Xəbəri paylaş