Qazaxıstan və Qətər arasında birgə hərbi təlimlər keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"az istinadən xəbər verir ki, bu iki ölkə arasında imzalanmış əməkdaşlıq haqqında sazişdə əksini tapıb. Saziş Qazaxıstan parlamentində ratifikasiya edilib.
Saziş hərbi təhsil, döyüş hazırlığı, hərbi tibb, mədəniyyət və idman fəaliyyəti, eləcə də sülhə dəstək əməliyyatları sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Burada hərbi əmlakın tranziti, hava məkanından və poliqonlardan istifadə də var.
Mehman Mehdiyev