Türkiyədə toyuq əti istehsalı artıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, sentyabr ayında toyuq əti istehsalı illik 11,8 faiz artıb.
Nəticədə toyuq əti istehsalı 214 min 116 tona çatıb.
Göstərilən müddətdə isə toyuq yumurtası istehsalı isə 4,1 faiz artaraq 1 milyard 828 milyon 30 min ədəd təşkil edib.
Qeyd edilən müddət ərzində Türkiyədə 115 milyon 837 min toyuq kəsilib.
Sentyabr ayında kəsilən toyuqların sayı illik göstəricidən 10 faiz artımla 115 milyon 837 min baş olaraq qeyd edilib.
Türkiyədə ət istehsalı eyni dövrdə 16,7 faiz artaraq 4 min 299 tona çatıb.
Mehman Mehdiyev