Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşkilatlar yaşıl iqtisadiyyata ayırdıqları maliyyə vəsaitlərini əksər hallarda effektiv istifadə etmirlər

Beynəlxalq təşkilatlar yaşıl iqtisadiyyata ayırdıqları maliyyə vəsaitlərini əksər hallarda effektiv istifadə etmirlər


"Beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq maliyyə qurumları ətraf mühitin qorunmasına, eləcə də dairəvi və yaşıl iqtisadiyyata ayırdıqları maliyyə vəsaitlərini əksər hallarda effektiv istifadə etmirlər. Məsələn, hansısa az inkişaf etmiş ölkənin ucqar bir regionunda bu beynəlxalq təşkilat dəyəri bir milyon dollarlıq layihə icra edir. Layihə bitdikdən sonra baxırsan ki, kəndlərdən birinə 30-40 min dollarlıq hansısa avadanlıq alıb veriblər, vəssalam.
Ya da ən yaxşı halda bu region 100 min dollarlıq real fayda görüb".

Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, yerdə qalan 900 min dollar isə həmin beynəlxalq təşkilatların öz əməkdaşlarına, onların təlim xərcləri, maarifləndirmə xərcləri, təyyarə xərcləri, hotel və istirahət xərcləri, əmək haqlarına edilən küllü miqdarda bonuslar və digər effektiv olmayan istiqamətlər üçün sərf edilir:

"Nəticə də sənədlərə baxırsan ki, filan beynəlxalq təşkilat 1 milyonluq ekoloji bir layihə icra edib, amma sonda ucqar bir kəndə 30-40 minlik bir texnoloji yenilik gətirilib, ya da bir avadanlıq alınıb verilir. Vəssəlam. O da 3-4 il ərzində kənddə dağılıb gedir".

Eldəniz Əmirov deyib ki, bu gün iqlim dəyişikliklərinə qarşı effektiv mübarizə aparmaq üçün yaradılacaq beynəlxalq maliyyə təsisatlarının iqlim xərclərin istiqamətləri tam yeni prinsiplər əsasında formalaşmalıdır:

"Yoxsa, dünya ölkələri bu fondalara lazım olan 2 trilyon dolları yığa bilsə də, onun səmərəli istifadəsi sual altında qalacaq. Maliyyənin xərc tərəfində yaranan qaranlıq suallar isə həmişə sonda nəticənin kürəyində oturub, onu torpağa basdırır"

Anar Əliyev
Xəbəri paylaş