
Şimali Kipr Türk Respublikasının yaranmasından 41 il keçir.
Newscenter.az xatırladır ki, 15 noyabr 1983-cü ildə Kipr Türk Federasiya Dövlət Şurası, öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək yekdilliklə qəbul edilmiş bir qərarla Şimali Kipr Türk Respublikasını elan etdi.
Şimali Kipr Türk Respublikasının qurulması, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası da daxil olmaqla Kipr Respublikası, Yunanıstan və bir çox başqa dövlətlərin mənfi reaksiyalarına səbəb oldu. Təhlükəsizlik Şurası 18 noyabrda çıxardığı bir qərarla ölkənin müstəqillik qərarını qınadı.
13 may 1984-cü il tarixində isə Təhlükəsizlik Şurası 550 saylı qərarı ilə Şimali Kipr Türk Respublikasının separatçı bir hərəkat olduğunu elan etdi. Kipr münaqişəsi dünya gündəminə gəldiyindən bəri, Birləşmiş Millətlər Təşkilatı tərəfindən adanı birləşdirmək üçün bir çox fəaliyyət həyata keçirildi, lakin onlardan heç birində nəticə əldə olunmadı.
Bu fəaliyyətlərdən ən böyüyü 2004 Annan Planı, Kipr yunanlarının rədd etməsi ilə reallaşmadı. 1 may 2004-cü ildə bütün adanı təmsil edən Kipr Respublikası Avropa İttifaqına daxil oldu.
Mehman Mehdiyev