Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Südün qiyməti artıb

Südün qiyməti artıb


Dünya bazarlarında südün qiymətində artım qeydə alınmaqdadır.

Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalına istinadən bildirir ki, 2024-cü ilin sentyabr ayında ABŞ bazarında süd xammalının 1 tonunun fermadan satış qiyməti 8.1% artaraq 562 ABŞ dolları olub.

Yeni Zelandiya bazarında isə 2.3% artaraq 425 ABŞ dollar təşkil edib.

Oktyabr ayında süd xammalının 1 tonunun fermadan satış qiyməti əvvəlki ay ilə müqayisədə Avropa İttifaqında 0.4% azalaraq 548 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Quru südün 1 tonunun qiyməti 2024-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə ABŞ-da 2.5%, Avropa İttifaqında isə 1.7% azalaraq müvafiq olaraq 5159 və 4766 ABŞ dolları olub.

Mehman Mehdiyev
Xəbəri paylaş