“Qarabağ işğaldan azad olunandan sonra ayağımı ora basanda ağlımdan keçən ilk fikir bu oldu ki, biz bunu bacardıq, torpaqlarımızı geri qaytardıq.”, - Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bunu işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı fikirlərini bölüşərkən deyib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.
Süleyman