Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

G20 ölkələrinə ixrac 100 milyard dollara çatıb

G20 ölkələrinə ixrac 100 milyard dollara çatıb


Türkiyənin G20 ölkələrinə ixracı 2019-2023-cü illərdə təxminən 37 faiz artaraq 100 milyard dollara yaxınlaşıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyə 2019-cu ildə G20 üzvü olan 18 ölkəyə 71 milyard 197 milyon dollar dəyərində məhsul ixrac edib. Türkiyənin bu ölkələrə ixracatı COVID-19 epidemiyasının intensiv olduğu 2020-ci ildə 68 milyard 789 milyon dollara qədər azaldığı halda, 2021-ci ildə 86 milyard 780 milyon dollara çatıb.

Ankara G20 ölkələrinə 2022-ci ildə 97 milyard 322 milyon dollar, keçən il isə 97 milyard 249 milyon dollarlıq məhsul satıb. Beləliklə, Türkiyənin bu ölkələrə ixracı 2019-2023-cü illərdə təxminən 37 faiz artaraq 100 milyard dollara yaxınlaşıb.

Bu ilin 9 ayında Türkiyə 18 ölkəyə 73 milyard 889 milyon dollarlıq məhsul ixrac edib.

Mehman Mehdiyev



Xəbəri paylaş