Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın cavabı nə olacaq?

Rusiyanın cavabı nə olacaq?


"Rusiya və Ukrayna arasında gedən müharibənin kritik həddə qədəm qoymasını, əslində Bayden hökumətinin yürütdüyü siyasətin nəticəsi kimi qiymətləndirmək olar. Rusiya və Ukrayna cəbhəsində vəziyyətin gərginləşməsi, Bayden hökumətinin əslində Tramp hakimiyyətinə ciddi problemlər saxlamaq kimi də qəbul etmək olar. Yaxud, Rusiyanı məhz bu dönəmdə yoxlamaq siyasəti güdür, demək mümkündür".

Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Ukrayna Rusiyanın dərinliklərinə və xüsusilə də Moskva şəhərinə uzunmənzilli raketlərdən istifadə edərək hərbi əməliyyatlara başlasa, Rusiyanın cavabı nə olacaq? sualı da ABŞ üçün çox vacibdir və maraqlıdır:

"Bu əslində ABŞ-ı, Ukrayna cəbhəsində baş verənlərdən daha çox maraqlandırır. Bunu həmçinin Bayden hökumətindən Tramp hökumətinə, gələcəkdə Rusiya ilə əlaqələrin normallaşması istiqamətində hər hansı bir atılacaq addıma qarşı ciddi zərbə hesab etmək baxımından da "əhəmiyyətli siyasət" hesab etmək olar.

Anar Əliyev
Xəbəri paylaş