Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda futbol sahəsi pis idarəçilərin əlindədir

Azərbaycanda futbol sahəsi pis idarəçilərin əlindədir


Azərbaycanda son illər idman sahəsinə böyük diqqət və qayğı göstərilir. Ancaq təəssüflər olsun ki, futbol sahəsinə yatırılan sərmayə özünü doğrultmur.


Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Musayev deyib. Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, futbol sahəsi pis idarəçilərin əlindədir:

"Hesab edirəm ki, futbol təsərrüfatına uzun müddət pis idarəçilər rəhbərlik edib. Hələlik yeni dəyişikliklər də özünü doğrultmur. Qurban Qurbanov “Qarabağ” komandasını hansı səviyyələrə qaldırdı. Onu yığma komandaya məşqçi gətirdilər və dərhal da uzaqlaşdırdılar. Görünür kiminsə maraqlarında deyil".

Süleyman
Xəbəri paylaş