COP29 tədbirinin “yaşıl zonasın”da yerləşən “AzərEnerji” ASC-nin pavilyonunda “SOCAR Trading” şirkətinin təşkilatçılığı ilə “Sıfır emissiyalı elektrik enerjisi: Karbon kreditləri bazarı elektrik şəbəkələrinin dekarbonizasiya edə bilərmi?” mövzusunda panel müzakirəsi keçirilib.
Newscenter.az xəbər verir ki, müzakirədə iştirak edən xarici ekspertlər ilk öncə Azərbaycanda karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən Kəlbəcər və Laçındakı 7 kiçik su elektrik stansiyası haqqında qısa arayışla tanış olub, daha sonra iqtisadiyyatın elektrikləşməsi və elektrik şəbəkələrinin dekarbonizyasınının sıfır emissiyaya çatmaq üçün əsas vasitələr olduğu haqqında fikir mübadiləsi aparıblar.
Yekunda qonaqlar “Azərenerji” ASC-nin icra etdiyi, eləcə də potensial layihələr haqqında məlumatlarla tanış olublar.
Süleyman