Hibrid müharibənin ayaq səslərinin eşidilməsinə başlanılıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Baltik dənizində iki sualtı internet kabelinin zədələnməsi Rusiyanın qlobal infrastruktura müdaxilə ehtimalı ilə bağlı narahatlıqları artırıb. Litva və İsveçi birləşdirən rabitə kabeli hələlik dəqiq məlum olmayan səbəblərdən kəsilib.
Litvanın Telia şirkətindən verilən açıqlamaya görə, problemin avadanlığın nasazlığından deyil, fiber optik kabelin fiziki zədələnməsindən qaynaqlandığı müəyyən edilib.
Eyni bölgədə Finlandiya və Almaniyanı birləşdirən C-Lion kabelində də fasilə yaranıb.
Cinia şirkəti tərəfindən idarə olunan bu kabel Finlandiya ilə Mərkəzi Avropa arasında yeganə birbaşa əlaqədir.
Təxminən 1200 kilometr uzunluğunda olan bu kabel həm də mühüm qaz kəmərləri və enerji xətləri ilə paralel marşruta malikdir.
Mehman Mehdiyev