Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İngiltərə və Ukraynadan Rusiyaya xəbərdarlıq

İngiltərə və Ukraynadan Rusiyaya xəbərdarlıq


Böyük Britaniyanın xarici işlər naziri David Lammy və onun ukraynalı həmkarı Andrii Sybiha Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 1000-ci günündə Rusiyanın təcavüzünə qarşı müttəfiqləri birgə müqavimət göstərməyə çağırıblar.

Newscenter.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı qərargahında ortaq mətbuat şərhi edən Lammy və Sybiha, Rusiyanın Ukraynaya hücumlarının 1000 gündür davam etdiyini vurğulayaraq, birlikdə hərəkət etmək əzmində olduqlarını deyiblər.

Ukraynanın Rusiyaya qarşı müqavimətinin İngiltərə və Avropanın təhlükəsizliyi üçün də əhəmiyyətli olduğunu vurğulayan Lammi, "Putin uğursuzluğa düçar olmasa, fəth müharibələri geri qayıdacaq",-deyə bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş