Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı nazir Rəşad Nəbiyev özü sosial şəbəkə hesabında verib.
Bildiirib ki, görüşdə Orta Dəhlizin inkişafı və rəqəmsallaşdırılması üzrə müvafiq tədbirlərin görülməsi istiqamətində təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
"Azərbaycanlı mütəxəssislərin təşkilatda işə cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi apardıq",-deyə Rəşad Nəbiyev vurğulayıb.
Mehman Mehdiyev