2023-cü ilin fevralında Ermənistanın Azərbaycan ilə razılaşdırmadan, sərti dövlət sərhədində yerləşdirdiyi Avropa İttifaqının Casus Missiyasının (AİCM) iki illik mandatı başa çatmaq üzrədir. Azərbaycanın daim əleyhinə olduğu AİCM fəaliyyəti ərazidə müsbət irəlləyişlər əldə etməyə imkan vermədi.
Newscenter.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, mənasız, qorxaq və güllə səsi gələn kimi yoxa çıxan AİCM mandatı 3 aya bitir:
"Ermənistanın bu missiyanın gələn ilin fevralından sonra sərhəddə casusluq fəaliyyətlərini davam etdirilməsi xahişi ilə Avropa İttifaqına müraciət etməsi, Azərbaycan ilə davam edən və zəif perspektivlərə malik olan kövrək danışıqlar prosesinə çox mənfi təsir edəcək.
Əvvəlcə sir-sifətini, sonra Azərbaycana qarşı olan məmurlarını təmizləyən Nikol Pashinyan AİCM mandatından da canını qurtarmalıdır. Ermənistanın təhlükəsizliyinə zəmanəti yalnız Azərbaycan və Türkiyə təqdim edə bilər".
Anar Əliyev