Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ruhlar şəhəri" yeni dövrünü yaşayır

"Ruhlar şəhəri" yeni dövrünü yaşayır


Qafqazın “Hiroşiması” hesab edilən Ağdamın işğaldan azad edilməsindən 4 il ötür. İkinci Qarabağ Müharibəsində tarixi zəfərimizin nəticəsi və üçtərəfli bəyanatın müvafiq bəndlərinə əsasən, Ağdam 2020-ci il, noyabr ayının 20-də işğaldan azad edilib. Kəlbəcər, Laçın kimi Ağdamın da işğaldan azad edilməsi tarixdə xüsusiilə yadda qalacaq. Bir güllə atılmadan, qan tökülmədən hansısa bir şəhərin, rayonun işğaldan azad edilməsinə günümüzdə, elə uzaq tariximizdə də rast gəlinməyib. Təbii ki, belə bir uğur, nailiyyət İlham Əliyev kimi səriştəli dövlət başçısı, dahi şəxsiyyət, Müzəffər Ali Baş Komandan sayəsində mümkün ola bilərdi.

Məlum olduğu kimi Qarabağın mədəniyyət ocaqlarından sayılan Ağdam 1993-cü il, iyul ayının 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalıb. Belə ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olunmuşdu.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.

Ağdam rayonu da digər işğal edilmiş şəhər və rayonlarımız kimi erməni vandalizminin qurbanına çevrilmiş, tamamilə dağıdılmış və xarabalığa çevrilmişdi. Demək olar ki, işğal edilmiş şəhər və rayonlardan ən çox vandallığa məruz qalan, ən çox dağıdılan da məhz Ağdam olmuşdur. Təsadüfi deyil ki, 2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırmışdı. “Əl-Cəzirə”telekanalının internet nəşri isə işğaldan sonra Ağdamda hazırlanan reportaja əsasən buranı "ruhlar şəhəri" siyahısına salmışdı. Göründüyü kimi, erməni vandallığının ən ağır, dağıdıcı formalarından, ermənilərin Ağdamda törətdikləri vəhşiliklərdən dünya mediası da bəhs edib.

Bu gün isə Ağdam özünün yeni dövrünü, quruculuq-abadlıq mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənustanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasnın rəhbəri Vladimir Putin arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən 20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur.

Ağdam işğaldan azad edildikdən etibarən burada sürətli şəkildə quruculuq-abadlıq işlərinə başlanılıb. Artıq 4 ildir ki, Ağdama yeni nəfəs, yeni həyat qayıdıb. Qısa müddətdə inşa edilən yaşayış binaları, salınan kənd və qəsəbələr, yaradılan insrastruktur Ağdama vaxtından əvvəl qayıdışı təmin edib. Hazırda da Ağdamda quruculuq-abadlıq işləri uğurla davam edir. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş hər bir şəhər və rayonda olduğu kimi Ağdamda da görülən işlər birbaşa Cənab Prezidentin nəzarətindədir və bu da prosesin daha məsuliyyətli və sürətli getməsini şərtləndirir. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.
Plana əsasən 2026-cı ilə qədər Ağdama 10 minə qədər əhali köçəcək. Sonrakı illərdə şəhərin əhalisi 100 minə çatdırılacaq.

İlham Məmmədov, Milli Məclisin deputatı
Xəbəri paylaş