Milli Məclisin deputatı Vasif Qafarov növbəti dəfə vətəndaş qəbulu keçirəcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib.
Deputat bildirib ki, noyabrın 23-də saat 11:00-da Astara rayonu, Siyaku kənd inzibati ərazi dairəsi, Siyaku kənd tam orta məktəbində vətəndaş qəbulu olacaq.
Qəbul zamanı millət vəkili seçicilərinin problem və qayğıları ilə maraqlanacaq, onların şikayətlərini dinləyəcək.
Süleyman İsmayılbəyli