İstanbulda narkotik qaçaqmalçılarına qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.
Newscenter.az bildirir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib. O bildirib ki, 23 vilayətdə narkotik istehsalçılarına və satıcılarına qarşı “NARKOÇELİK-49” əməliyyatı aparılıb.
Nazir deyib ki, İstanbulda jandarma tərəfindən 34 milyon 270 min narkotik həb ələ keçirilib.
Yerlikaya əməliyyatlar zamanı 58 şübhəlinin həbs edildiyini bildirib. Ələkeçirilən narkotikin ümumi çəkisi 1 ton 756 kq təşkil edib.
Mehman Mehdiyev