Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanda 10 ayda 785 terror aktı həyata keçirilib

Pakistanda 10 ayda 785 terror aktı həyata keçirilib


2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı həyata keçirilib.

Newscenter.az Pakistan mediasına istinadən bildirir ki, nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb.

İslamabaddan olan təhlükəsizlik üzrə ekspert, istefada olan general-leytenant Tələt Məsud açıqlamasında bildirib ki, Pakistanda zorakılığın artmasının arxasında Əfqanıstan faktoru, yerli terror şəbəkələri və qlobal təhlükəsizlik vəziyyətində son dəyişikliklər dayanır.

Qeyd edək ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanı ələ keçirdikdən sonra Pakistanda zorakılıqlarda artım müşahidə olunur.

İslamabad TTP-nin Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.

Anar Əliyev
Xəbəri paylaş