Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olan Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev özü sosial şəbəkə hesabında məlumat paylaşıb. Nazir bildirib ki, görüş zamanı iki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
"Azərbaycan və Pakistanın aviasiya operatorlarının birgə fəaliyyəti barədə fikir mübadiləsi apardıq",-deyə nazir vurğulayıb.
Anar Əliyev