Çanaqqalada təsirli olacağı gözlənilən fırtına səbəbiylə bu gecə və sabah üçün planlaşdırılan bəzi bərə reysləri ləğv edilib.
Newscenter.az bildirir ki, Çanaqqala ilə adalar arasında nəqliyyat təmin edən GESTAŞ AŞ-nin verdiyi açıqlamaya görə, bu gecə saat 00.00-da Çanaqqaladan Kilitbahirə və saat 23.00-da Kilitbahirdən Çanaqqalaya səfərlər ləğv edilib.
Sabah Çanaqqaladan Eceabatana, Eceabatdan Çanaqqalaya və Çanaqqaladan Kilitbahirə, eləcə də əks istiqamətə eyni səbəbdən səfərlər həyata keçirilməyəcək.
Mehman Mehdiyev