Türk Hava Yolları (THY) İstanbuldan olan 38 uçuşunu ləğv edib.
Newscenter.az THY-ə istinadən bildirir ki, İstanbulda gözlənilən şiddətli fırtına səbəbiylə THY İstanbul Hava Limanından sabah keçirilməsi planlaşdırılan 10 daxili və 28 beynəlxalq reysi reallaşdırmayacaq.
“İstanbulda gözlənilən şiddətli fırtına ilə əlaqədar Meteoroloji Fövqəladə Hallar Komitəsinin (MADKOM) qəbul etdiyi 10 faiz tutum məhdudiyyəti qərarına uyğun olaraq, 23 noyabr tarixində İstanbul Hava Limanından 38 reys ləğv edildi”,-deyə şirkətin açıqlamasında bildirilir.
Mehman Mehdiyev