“ABŞ və NATO üzvləri olan ölkələr Rusiyaya qarşı genişmiqyaslı müharibəyə qoşulublar. Bu müharibə, onların raketləri Kursk və Bryansk vilayətlərinə hücum etmək üçün istifadə edildikdən sonra baş verib”.
Newscenter.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
O bildirib ki, bütün bunlar hərbi münaqişənin gedişatını və baş verənləri dəyişir:
"Çünki bu, NATO, Vaşinqton və bu alyansın digər üzvlərinin, əslində ölkəmizə qarşı geniş miqyaslı mübarizə apardıqlarını göstərir".
Anar Əliyev