Bu il Qazaxıstanda təxminən 1400 kilometr dəmir yolunun təmiri nəzərdə tutulur.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat verib. Bildirilib ki, hazırda 1352 kilometr yol təmir olunub.
Dəmir yollarının 569 kilometri əsaslı, 181 kilometri kompleks təmir, 602 kilometri isə planlı - ilkin təmir işləri ilə əhatə olunub.
Ölkənin şimalında mövsüm başa çatsa da, cənub rayonlarında işlər hələ də davam edir.
Məlumata görə, 2025-ci ildə daha 1480 kilometr dəmir yolunun təmiri planlaşdırılır.
Mehman Mehdiyev