Ermənistanda zəlzələ olub.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu barədə Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Əzizyan məlumat verib.
Bildirib ki, İrəvan vaxtı ilə saat 12:10-da Azərbaycan-Ermənistan-İran sərhədi zonasında 10 km dərinlikdə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin gücü 4,4 maqnituda olub.
Yeraltı təkanlar daha çox Zəngəzur (Sünik) rayonunda hiss olunub. Təkanlar əhali arasında təşviş yaradıb.
Süleyman