Qazaxıstanda ilk dəfə tutulan narkotik kuryerlərinin cəzası yüngülləşdirilə bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, AMANAT partiyasının Məclisdəki fraksiyası narkotik biznesi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələsini müzakirə edib.
Fraksiya deputatları narkotik alverinə görə həbs olunan polislərə ömürlük həbs cəzası təklif ediblər. Qanunvericiliyə görə, ilk dəfə tutulan narkotik kuryerlərinin cəzası daha yüngül ola bilər.
“AMANAT” Partiyasının sədri Yerlan Koşanovun verdiyi məlumata görə, bu məqsədlə Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı dəyişikliklər hazırlanıb və birinci oxunuşda qəbul edilib.
Anar Əliyev