Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı

Azərbaycan  COP29-a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı


"Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Forumun ölkəmizdə keçirilməsi postsovet məkanında və Cənubi Qafqaz regionunda bir ilk idi".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP funksioneri, siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, tədbirin qlobal miqyasda əhəmiyyətini dərk etmək üçün bir cümlə kifayətdir ki, Çərçivə Konvensiyası beynəlxalq müstəvidə təşkil olunan ən böyük forumdur. Onu yalnız BMT-nin özü ilə müqayisə etmək olar:

"COP29 çərçivəsində hələ aylar öncədən bəlli ölkələr və siyasi dairələr tərəfindən anti-Azərbaycan ritorikası ilə qarşı-qarşıya qaldıq. Onlar forumun motivlərindən kənar narrativləri canlandırmaq cəhdləri ilə fərqli bir mənzərə yaratmağa çalışdılar. Və qeyd edirdilər ki, neft-qaz istehsal edən bir ölkənin COP-a ev sahibliyi etməsi yolverilməzdir. Bu, tamamilə absurd və qərəzli yanaşmadır. Məhz Azərbaycan kimi ölkələr bu tədbiri keçirməklə enerji siyasətlərində diversifikasiyanı planlaşdırır. Yəni, yaşıl enerjiyə keçid.
Təbii ki, bu iqtisadiyyatı neft- qaz hasilatı üzərində qurulmuş dövlətlər üçün əlavə iqtisadi risklər yaradır. Lakin mövcud reallıqları dərk edərək məlum prosesi həyata keçirmək zərurəti mövcuddur".

Pərviz Mirizadə qeyd edib ki, Azərbaycanı əsassız iddialarla ittiham edən ölkələr özləri atmosferin çirklənməsinin fəal iştirakçılarıdır:

"Onların inkişaf etmiş sənaye kompleksləri, xüsusilə hərbi zavodları karbon emissiyalarının artmasında mühüm rol oynayır.

Ona görə də proseslərə fərqli pəncərədən və əsl mahiyyəti üzrə baxmaq lazımdır. Üzləşdiyimiz anti-Azərbaycan kampaniyası sadəcə Cənubi Qafqaz uğrunda gedən geosiyasi və geoiqtisadi mübarizənin bir parçası idi.

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə eskalasiyanın genişlənməsi və Qırmızı dəniz Suveyş kanalı istiqamətində Husilərin fəaliyyəti iqtisadi gərilmələrə səbəb olub ki, burada alternativ maşurtların əhəmiyyəti artıb. Azərbaycan coğrafi mövqeyinə görə Qərb ölkələrinin diqqətini cəlb edir və regiona maraq hər ötən gün artır. Ancaq artan maraqları qarşılıqlı etimad əsasında deyil, diqtə və məcbur etmə fonunda həyata keçirmək cəhdləri olnur. Təbii ki, müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirən rəsmi Bakı üçün bu bütün hallarda qəbuledilməz bir yanaşmadır. Ona görə də davamlı olaraq artan ikili standartlar dalğasının şahidi oluruq".

Süleyman
Xəbəri paylaş