2024-cü il noyabrın 25-də 11saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyasının inzibatı binasında bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.
Newscenter.az xəbər verir ki, qəbula gələnlər Lökbatan qəsəbəsində B. Niftəliyev küçəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş bina təhvil verildikdən sonra binanın arxa tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik veriliş xəttinin yeraltı kabel veriliş xətti ilə əvəz edilməsinə,1-ci və 2-ci massivdə məhəllədaxili yolların təmir edilməsinə və asfalt örtüyünün çəkilməsinə, adsız küçələrə şəhidlərin adlarının verilməsinə, vətəndaşların işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım(ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı çərçivəsində təşkil edilən peşə kursuna cəlb edilmələrinə, D.Bünyadzadə küçəsində partlayan su borusunun təmir edilməsinə, avtomobillərin və piyadaların rahat və təhlükəsiz hərəkət etmələri üçün ayrı-ayri vətəndaşlar tərəfindən yollara düzülmüş daş və digər manelərin təmizlənməsinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım verilməsinə və digər problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb. Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.
Süleyman