Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniyada prezident seçkiləri ikinci tura qaldı

Rumıniyada prezident seçkiləri ikinci tura qaldı


Rumıniyada prezident seçkilərinin ikinci turu keçiriləcək.

Newscenter.az ölkə mediasına istinadən bildirir ki, Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ən çox səs toplayan iki şəxs dekabrın 8-də keçiriləcək ikinci turda mübarizə aparacaq.

Seçki qutusunun exit-polllarına görə, hökumətin əsas ortağı Sosial Demokrat Partiyasının (PSD) dəstəyini alan Baş nazir Marsel Çiolaku səslərin 25 faizini alaraq ikinci tura çıxan ilk namizəd olub.

Mərkəz sağçı Rumıniyanın Birliyini Xilas Partiyasından Elena Laskoni 18 faiz, Kalin Georgesku 16 faiz və ifrat sağçı Rumınların Birliyi Alyansının (AUR) lideri George Simion 15 faiz səs toplayıb.

Rumıniyada 9-cu seçkidə qalib gələn şəxs növbəti 5 il ərzində ölkənin prezidenti olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş