Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyi qeyd olunub

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyi qeyd olunub



Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Hərbi-siyasi məsələlər idarəsinin rəisi Anar Mütəllimov, NATO Baş katibinin əməliyyatlar üzrə müavinin köməkçisi Burcu San, xarici ölkələrdən əlaqədar sahələr üzrə akademik dairələrin üzvləri, təhlilçilər, həmçinin yerli dövlət qurumları və müvafiq təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.

Konfransda Azərbaycanın Alyansla tərəfdaşlığının tarixi, hazırkı vəziyyəti və gələcək perspektivləri, SNT proqramının nailiyyətləri, ölkənin NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına və Avropa regionunda enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsi müzakirə olunub.

Eyni zamanda Azərbaycanın NATO ilə tərəfdaşlığından irəli gələn digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş