Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balakən rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər icra olunmayıb

Balakən rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər icra olunmayıb


Balakən rayonunda 2019-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər reallaşmayıb.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev parlamentdə çıxışı zamanı deyib. 2025-ci ilin dövlət büdcəsini müstəqilillik ilinin ən böyük büdcəsi kimi xarakterizə edən deputat deyib ki, .Regionların 2019-2023-cü illər, sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramında Balakən rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər icra olunmamışdır:

"Konkret olaraq, 4 məktəbin, (Meşəşambul, Tülü, Şambulbinə və Poştbinə) məktəblərinin tikintisinə başlanılmamışdır.

Səhiyyə və mədəniyyət müəssisələri, tarixi memarlıq abidələrinin bərpası və konservasiyası, idman kompleksi əsaslı təmir olunmamışdır.

Rayon mərkəzindən 20 km aralıda yerləşən Qabaqçöl xəstəxanası 2012-ci ildə baş vermiş zəlzələdən sonra istismara tam yarasız vəziyyətə düşmüşdür. 50 çarpayılıq qəsəbə xəstəxanasının tikilməsinə çox böyük ehtiyac var. Bu məsələ, seçicilər tərəfindən dəfələrlə, israrla qaldırılır və mən komitə iclasında da səsləndirmişəm. Bir daha hörmətli maliyyə naziri Samir müəllimdən xahiş etmək istərdim ki, gələn ilin büdcəsinə salınmasında yardımçı olsun.

Əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması üçün, dağ çayları sistemində (Katexçayda, Balakənçayda və Mazımçayda) beton bəndlərin qurulmasına ehtiyac vardır".

Deputat qeyd edib ki, içməli su təchizatının yaxşılaşdırılması üçün Şambul, Püştətala, Sarıbulaq, Şərif, Gərəkli kəndlərində subartezian quyularının qazılmasına, Zaqatala Dövlət Qoruğuna və Katexçay şəlaləsinə turizm marşrutlarının açılması. Elektrik şəbəkəsinin və transformatorların yenilənməsi, ocümlədən əhalinin içməli suya olan ehtiyacını təmin etmək məqsədilə daha çox artezian quyuları qazılmalıdır.

Süleyman
Xəbəri paylaş