
Qazaxıstanda korrupsioner məmurlardan toplanan vəsaitlər hesabına təkcə bu il 55 yeni məktəb binası inşa edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə prezident Kasım Jomart Tokayev tərəfindən Təhsil İnfrastrukturuna Dəstək Fondu yaradılıb.
Fond yaradılandan indiyədək ölkənin bir sıra rayonlarında 92 min şagird yerlik 82 məktəbin tikintisi maliyyələşdirilib. İlin sonuna kimi daha 7 obyektin istifadəyə verilməsi nəzərdə tutulur.
Mehman Mehdiyev