"Dövlətimizin uğurlarından narahat olanlar çoxalıb. Buna səbəb isə həmin o ölkələr və o şəxslərin vətən müharibəsindən öncə bizim haqq mübarizəmizə, tələblərimizə, insan haqqlarının ayaqlar altına alınmasına tamamilə etinasız, (çünki 1 milyon məcburu köçkünümüz var idi) vicdansız, ədalətsiz yanaşmalarıdır. Onlar tarixin yaddaşına öz davranış qaydalarını həkk etdilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, Siyasi ekspert Ramil Hüseynov səsləndirib. O bildirib ki, biz bu ikili standartların, riyakarılığın şahidiyik:
"Xalqımız da bunu şüurlu şəkildə dərk edib və nəticə olaraq haqqlarımızın qorunması, bərpası üçün hamılıqla səfərbər olmuşuq. Bu məcburiyyət həmin dövlət və birliklərin bizə acımasızcasına yanaşmasından irəli gəlir. Sülh yolu fəlsəfəsini həzm etdirməyə çalışanlar müharibə yolunu tam inkar edirdilər. Ölkənin siyasi rəhbərliyi bu siyasi gedişatın ağır nəticələrini nəzərə alaraq milli mənafe nəzəriyyəsini strateji addımları ilə işə salıb. Bu nəzəriyyə millətin, dövlətin mövcudluğu üçün hesablanmışdı və nəticəsi də bəllidir. Yəni diplomatik yolla qarşılaşdığımız ədalətsizliyə görə sülhün anlayışı arxa plana keçdi və müharibə yolu ilə həm düşmən, həm də ikili standartlı siyasi xəttin sükanını tutanlar layiqli cavabını aldılar".
Ramil Hüseynov qeyd edib ki, Azərbaycanın layiqli, vətənpərvər övladları o siyasi xətti yürüdənləri tarixin arxivinə gömdü:
"İndi isə tamamilə fərqli yanaşma ilə qarşı-qarşıyayıq. Artıq vətən müharibəsindən sonra yaratdığımız yeni reallıqları qəbul etməyərək şantaj, böhtan, qərəz nəzəriyyəsini işə salırlar. Daxildə bəzi siyasi spekuliyantlar bundan istifadə etməyə cəhd edir. Guya Azərbaycanda demokratiya yoxdur, insan haqqları pozulur. Nəyə görə bu 30 il ərzində, 1 milyon insanımızın hüquqlarının pozulmasından, demokratiya və insan haqqlarının qorunmasından şikayət etmirdini? Qrantlarınızın o mənbələrdən gəldiyi üçün buna icazəniz yox idi. Öz vətəndaşının hüququnu qoruya bilməyən, bunu qranta qurban verən siyasətçilər vətən, dövlət üçün heç vaxt yararlı ola bilməzlər. Siz sadəcə siyasi şoumensiniz. Hansı qazetdə, nəyin dərc olunması bizə maraqlı deyil. O qazetlər obyektiv olsaydı işğal olunmuş bir ölkənin vətəndaşına qarşı olunan soyqırımdan, bəşəri cinayətlərdən yazardı. Ədalətli insan haqqlarını, hüququ, dərk edənlər insanlarımıza o neməti bəxş etdi. Sizin şounuz davam etsin. Hələ də beynəlxalq münasibətlər nəzəriyyəsini bilmirsinizsə ölkələr arası münasibətlərdən danışmağınız əbəsdir. Bu nəzəriyyəni bilənlər, o sirrlərə yiyələnənlər beynəlxalq münasibətlərdə siyasi realizmi anlayanlar, beynəlxalq amillərini münaqişələrini təhlil etməyi bacaranlar Azərbaycana qüdrətli, qalib bir ölkə statusu verdi".
Süleyman